Azərbaycanda gənclər arasında işsizlik dinamikası təhlil ediləcək.
Oxu24.com xəbər verir ki, bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il oktyabrın 1-dək Gənclər arasında işsizlik dinamikasının təhlil edilməsi və nəticələri üzrə müvafiq təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi tapşırılıb.
Eyni zamanda, adıçəkilən nazirlik Gənclərin məşğulluq imkanlarına çıxışını məhdudlaşdıran amillərin araşdırılması və nəticələri üzrə müvafiq təkliflərini hazırlayaraq Komissiyaya təqdim edəcək.
Oxu24.com
ŞƏRHLƏR