Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108664
az

30 ildən sonra nəşi tapılan şəhidimiz dəfn edildi - FOTO

14:2013 May, 2024
69
CƏMİYYƏT
  • A

Otuz il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə canını fəda edən Vətən oğullarından biri də İsmayılov Siyavuş Eldar oğlu olub.

Siyavuş naməlum şəhid kimi Beyləqanın Şəfəq qəsəbəsi ərazisində “Peyğəmbər” qəbiristanlığında dəfn olunmuşdu. Bir neçə gün əvvəl kimliyi məlum olan Siyavuş İsmayılovun nəşinin qalıqları İmişlidə torpağa tapşırılıb.

Oxu24.com xəbər verir ki, şəhidin nəşi İmişlidə izdihamla qarşılanıb, ailəsinin yaşadığı Şahverdili kəndinə gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Daha sonra şəhidin nəşi kənd məzarlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər. Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib. Şəhid Siyavuş İsmayılov torpağa tapşırılıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yasamalda ağaclar kəsildi - İş hüquq-mühafizə orqanlarına göndəriləcək
Yevlaxda ev yandı - Xəsarət alanlar var
İntihar və intihara cəhd hallarının sayı azalıb

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev