Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108663
az

Azərbaycanda İİV-lə yaşayan şəxslərin sayı açıqlandı

14:1413 May, 2024
80
CƏMİYYƏT
  • A

Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2024-cü ilin I rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9 598 İİV-lə yaşayan ölkə vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 6 668-si (69,5 faiz) kişi, 2 930-u (30,5 faiz) qadındır.

Oxu24.com xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib.

G.Cəfərova deyib ki, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı vaxtdan 2024-cü ilin birinci rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzinin qeydiyyata götürdüyü ölkə vətəndaşlarından 32,4 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 56,4 faizində heteroseksual, 5,6 faizində homoseksual kontakt nəticəsində, 1,4 faizində anadan uşağa keçməklə baş verib. 4,2 faizində yoluxma yolu müəyyənləşdirilməyib.

Qeyd edək ki, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizəyə baxmayaraq, onun xüsusən də, Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionunda yayılması davam etməkdədir.

Azərbaycanda bu infeksiya əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə maşın maneəyə çırpıldı- Xəsarət alan var
Balakəndə ev yandı,1 nəfər xəsarət aldı
Sürücülərin      nəzərinə!

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu