Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108645
az

Daşaltıda seysmoloji stansiya qurulur

11:4013 May, 2024
164
QARABAĞ
  • A

“Qarabağda seysmoloji stansiyaların qurulması istiqamətində iş aparılır. Artıq Şuşa şəhərinin yaxınlığındakı Daşaltı kəndinin ərazisində birinci seysmoloji stansiyada işlər başa çatmaq üzrədir. Düşünürəm ki, bir aydan sonra işləri tamamlayıb Qarabağda birinci seysmoloji mərkəzi istifadəyə verə biləcəyik”.

Oxu24.com xəbər verir ki, bunu “Qafqazda seysmik təhlükə yenilikləri və müasir mühəndislik təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli deyib.

“Birinci seysmoloji stansiyadan sonra Qarabağın bütün ərazisində yeni seysmoloji mərkəzlərin qurulması işlərinə başlayacağıq. Bu da Qafqazda seysmik vəziyyətin daha dərindən öyrənilməsinə töhfə verəcək”, - deyə o bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cəbrayıl şəhərinə daha 42 ailə yola salındı
Bayram günlərində azad olunan ərazilərə səfər etmək istəyənlərin nəzərinə! -VİDEO
Xankəndidə bayram bayrama qarışdı -FOTO