Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Oxu24.com xəbər verir ki, saat 15:00-da başlayacaq toplantının gündəliyinə 4 məsələ daxil edilib.
Bunlar AFFA-nın inkişafı strategiyasının (inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması), Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin və 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsidir.
Oxu24.com
ŞƏRHLƏR