Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108634
az

Fermerlərə mina təhlükəsizliyi ilə bağlı təlimlər keçirilir

10:2013 May, 2024
62
CƏMİYYƏT
  • A

Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək təsərrüfatların rəhbərləri üçün mina təhlükəsizliyinə dair keçirdiyi təlimlərin ikinci mərhələsi başlayır. 

Oxu24.com xəbər verir ki, 13-14 may tarixlərində Gəncə şəhərində keçiriləcək təlimlərdə 1110 fermerin iştirakı gözlənilir. Təlimlərə ilkin mərhələdə hər hansı səbəbdən iştirak etməmiş, yaxud qeydiyyatdan gec keçmiş təsərrüfat rəhbərləri cəlb olunub. Fermerlərə təlimlərin yeri və tarixi ilə bağlı SMS-bildiriş göndərilib. 

Qeyd edək ki, bundan əvvəl Füzuli və Yevlax rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək təsərrüfatların rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlim keçirilib. Təlimlərdə 4042 fermer iştirak edib. 

ANAMA mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə azad olunmuş ərazilərdəki dislokasiya nöqtələrində davranış qaydaları, partlamamış sursat və minaların müəyyən olunması, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumat verilib. Təlim iştirakçılarına vizual tanımaq üçün müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilib, azad olunmuş ərazilərdə əsas davranış qaydalarına dair təlimat kitabçası, buklet, broşür və plakatlar təqdim olunub. 

Təlimi başa vuran fermerlər azad olunmuş ərazilərdə, təsərrüfatları aparacaqları dislokasiya nöqtələrində davranış qaydalarına dair təlimatlarla tanış olduqları barədə iltizamnamə imzalayırlar. Təlimlərdə iştirak etmiş, müvafiq iltizamnaməni imzalamış fermerlər yaylaqlara köç prosesində iştirak edə biləcəklər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ötən ay Mingəçevir su anbarında batan balıqçının meyiti tapıldı
"Cavanşir" körpüsünün yerində asfaltlanma işlərinə başlanıldı - VİDEO
Yeni monitorlar cərimə yazır? - DİN-dən AÇIQLAMA

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi