Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108629
az

Belqorodda ölənlərin sayı 14-ə çatdı - YENİLƏNDİ

09:5913 May, 2024
101
DÜNYA
  • A

Belqorodda hündürmərtəbəli binanın qismən uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb.

 Bu barədə Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Ukrayna Ordusu “Toçka-U” raketi ilə Rusiyanın Belqorod şəhərinə zərbə endirib.

xxx

01:11

Rusiyanın Belqorod şəhərinin Ukrayna silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində yaşayış binası dağılıb.

OXU24.COM xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb.

Vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, şəhərin atəşə tutulması zamanı 20-dən çox insan yaralanıb. Onlardan beşi axşam saatlarında baş verən atışma nəticəsində xəsarət alıb.

Bildirilib ki, “Toçka-U” raketi ilə vurulan onmərtəbəli bina çökmə təhlükəsi ilə üz-üzədir.

xxx

21:36

Bazar günü günortadan sonra Belqorodda baş verən partlayışdan sonra qismən uçan çoxmərtəbəli binanın yeddi sakini ölüb.

 bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Hazırda xilasedicilər yeddi mülki şəxsin cəsədini çıxarıblar: dörd qadın və üç kişi", - Qubernator Vyaçeslav Qladkov deyib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, çökmə yerində axtarış işləri davam edir, insanlar dağıntılar altında qala bilər.

Hüseyn İbadlı

xxx

13:24

Ukrayna Ordusu Rusiyanın Belqorod şəhərinə zərbə endirib.

 raketlərdən biri Şors küçəsindəki yaşayış binasına düşüb və nəticədə binanın 10-cu mərtəbəsindən 1-ci mərtəbəsinə kimi bir girişi tamamilə dağılıb.

İlkin məlumatlara görə, 4 nəfər ölüb, 21 nəfər yaralanıb.

Dağıntılar altında qalanların olduğu ehtimal edilir. Buna görə də ölü və yaralı sayının artacağı istisna olunmur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail bu ölkəyə zərbə endirməyə hazırlaşır: "Sürətli, gözlənilməz və çox kəskin olacaq"
Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
Türkiyə XİN-dən Omanda məscidə edilən silahlı hücumla bağlı AÇIQLAMA

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev