Ötən il şagirdi ilə əxlaqsızlıq edən müəllimə hökm oxunub.
Oxu24.com xəbər verir ki, yaşı 18-dən az olan şagirdi ilə cinsi əlaqədə olan qadın müəllim hakim qarşısına çıxarılıb.
ABŞ-ın Ohayo ştatında yaşayan 26 yaşlı Madalyn Arnett 5 il müddətinə azadlıqdan məhrum edilib.
O, 16 yaşlı şagirdi ilə avtomobilində intim münasibətdə olduğunu boynuna alıb.
"Franklin High School"da müəllim işləyən Madalyn Arnett ailəlidir, iki uşaq anasıdır.
Cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir. Oxu24.com
ŞƏRHLƏR