Ukrayna Rusiya ilə münaqişədə ağır və sürətlə uduzur.
Oxu24.com xəbər verir ki,Bu fikri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson “Dialogue Works” YouTube kanalına müsahibəsində bildirib.
O, Fransa prezidenti Emmanuel Makronun hərbçilərin Ukraynaya göndərilməsi ilə bağlı erkən bəyanatını, eləcə də Böyük Britaniya və Fransa səfirlərinin Rusiya Xarici İşlər Nazirliyinə çağırışını şərh edib. Onun sözlərinə görə, Rusiya Qərbin Ukraynadakı vəziyyətlə bağlı “artan ümidsizliyini” hiss edir.
Mayın 11-də ABŞ Ağ Evi Rusiyanın Xarkova hücuma keçdiyini bəyan edib. Milli təhlükəsizlik müşaviri Con Kirbi Rusiya Silahlı Qüvvələrinin Donbassdakı son uğurlarını etiraf edib və bunu Konqresin uzun müddətdir təsdiq etmədiyi ABŞ hərbi yardımının gecikməsi ilə əlaqələndirib. Ukrayna prezidenti Vladimir Zelenski Xarkov istiqamətini vurğulayaraq, bütün cəbhə xəttində şiddətli döyüşlərin getdiyini bildirib.
Həmin gün Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində 5 yaşayış məntəqəsini nəzarətə götürdüyünü açıqlayıb.
Bundan əvvəl ekspert Xarkova hücumun Rusiya Federasiyası üçün “əla əsaslandırılmasından” danışmışdı.
Nigar
Oxu24.com
ŞƏRHLƏR