2024-cü ilin yanvar-mart ayları arasında Almaniya və ABŞ arasında birgə ixrac və idxal 63 milyard avro (68 milyard dollar) təşkil edib.
Oxu24.com xəbər verir ki, CNBC-nin hesablamalarına görə, Almaniya ilə Çin arasında ticarət 60 milyard avronun bir qədər altında olub.
ING Research-in makroiqtisadi tədqiqatlar üzrə qlobal rəhbəri Carsten Brzeski CNBC-yə bildirib ki, bu addımda bir neçə amil rol oynayıb.
Onların arasında ABŞ-da güclü iqtisadi artım Almaniya məhsullarına tələbi artırıb: “Eyni zamanda, Çində daxili tələbatın zəifləməsi və Çinin əvvəllər Almaniyadan idxal etdiyi malları (əsasən avtomobillər) istehsal edə bilməsi Almaniyanın Çinə ixracını azaldıb”.
Nigar
Oxu24.com
ŞƏRHLƏR