Qərb Türkiyəyə Rusiya və Çinə əks çəki rolu vermək istəyir.
Oxu24.com xəbər verir ki,bu barədə Türkiyənin “Aydınlık” qəzetinin dərc etdiyi materialda deyilir.
Məqalənin müəllifi Fikrət Akfırat bildirir ki, Vaşinqton ABŞ ordusunun Suriya və İraqdan çıxarılmasından sonra Türkiyəni mümkün əvəzedici kimi görür.
“Başqa sözlə, Türkiyə Suriyanın parçalanması əməliyyatında ABŞ-ın rolunu öz üzərinə götürəcək və İran və Rusiyaya qarşı mövqe tutacaq”, - deyə o bildirib.
Köşə yazarı iddia edir ki, ABŞ Ankaradan Çinə qarşı da istifadə etməyi planlaşdırır.
Akfıratın fikrincə, Vaşinqtonun bu mövqeyi Türkiyənin özü üçün ziddiyyət təşkil edir.
“ABŞ ilə uyğunlaşma” Türkiyənin milli maraqlarına, xüsusilə də təhlükəsizlik siyasətinə ziddir”, - o əlavə edib.
Bundan əvvəl Türkiyə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərinin pozulmasını izah edib.
T24 qəzeti bunun Türkiyə və Amerika rəhbərliyi arasında Ankaranın Şimali İraqda gözlənilən hərbi əməliyyatı ilə bağlı fikir ayrılığı səbəbindən baş verdiyini bildirib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR