Rusiyanın Belqorod vilayətində bir gündə üçüncü dəfə raket xəbərdarlığı elan edilib.
Oxu24.com xəbər verir ki,bu barədə qubernator Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.
“Evdəsinizsə, pəncərələrə yaxınlaşmayın. Möhkəm divarları olan pəncərələri olmayan otaqlara sığının.Küçədəsinizsə, sığınacaq və ya başqa təhlükəsiz yerə gedin”, - qubernator yazıb.
Siqnalın verilməsindən 8 dəqiqə sonra rayon rəhbəri təhlükənin aradan qaldırıldığını bildirib.
O, hücumun Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirilib-keçirilmədiyini dəqiqləşdirməyib.
Bazar günü, mayın 12-nə keçən gecə hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində iki “Toçka-U” raketini məhv edib və ələ keçirib.
Bundan əlavə, Bryansk, Volqoqrad və Lipetsk vilayətlərində altı pilotsuz təyyarə vurulub.
Nigar
Oxu24.com
ŞƏRHLƏR