Yunanıstanın baş naziri Kiriakos Mitsotakis sabah Türkiyəyə gəlir.
Oxu24.com xəbər verir ki,Prezident Ərdoğan Miçotakisi Ankarada qəbul edəcək.
Səfər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından son dərəcə əhəmiyyətlidir.
Qonaq baş nazir Ankaraya səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, məqsəd iqtisadiyyat, nəqliyyat, elm və texnologiya, kənd təsərrüfatı və turizm başda olmaqla, əlaqələrin müxtəlif sahələrində birgə fəaliyyət planlarını davam etdirməkdir.
Sadələşdirilmiş viza proseduru, qeyri-qanuni miqrasiya və terrorla mübarizə də müzakirə mövzuları arasındadır.
Türkiyə ilə Yunanıstan arasında 6 milyard dollara yaxınlaşan ticarət həcmi var. Yunanıstan baş nazirinin səfəri zamanı ortaq hədəflər çərçivəsində bu tutumu 10 milyard dollara çatdırmaq üçün atılacaq addımlar da dəyərləndiriləcək.
Miri
Oxu24.com
ŞƏRHLƏR