Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108552
az

Kür çayı daşdı, bir sıra fəsadlar yaratdı

23:5910 May, 2024
316
  • A

Son günlər yağan yağışlar Kür çayında sululuğun artmasına səbəb olub. Çayın Qazax rayonu ərazisindən keçən hissəsində Kürün öz məcrasından çıxması və ətrafa yayılması nəticəsində əkin sahələri və təsərrüfatlara ziyan dəyib.

OXU24.COM  xəbər verir ki, təbii fəlakət əsasən rayonun Aşağı və Orta Salahlı kəndlərinin əkin torpaqlarında fəsadlar törədib.

Kənd sakinlərinin çay kənarında yerləşən təsərrüfatlarını sonuncu dəfə iki il öncə də sel suları altında qalmışdı. Kür çayı kənarındakı heyvandarlıq təsərrüfatları sahibləri vaxtında heyvanlarını təxliyə edə biliblər.

Sel suları əsasən Kür çayına yaxın yerləşən şəxsi təsərrüfatlara zərər vurub. Ərazidəki su ötən gündən çəkilib. Kürün səviyyəsi hazırda stabilləşib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda gənc dostu tərəfindən bıçaqlandı
Əfsanəvi pilotun qəzadan öncəki SƏS YAZISI YAYILDI -İDDİA
Pozner Kennedinin əsl qatili ilə bağlı həqiqəti HƏR KƏSƏ AÇIQLADI