Əlavə hərbi yardım paketinin bir hissəsi kimi ABŞ Ukraynaya əlavə HIMARS reaktiv yaylım atəşi sistemləri və sursatlar tədarük edəcək.
Oxu24.com xəbər verir ki, bu barədə dövlət katibi Antoni Blinken bildirib.
Yardım paketinə həmçinin Patriot hava hücumundan müdafiə sistemləri üçün mərmilər, Stinger MANPADS üçün döyüş sursatı, 155 və 105 mm-lik artilleriya mərmiləri, TOW raketləri, Javelin və AT-4 tank əleyhinə sistemlər, həmçinin Bradley piyada döyüş maşınları, patrul katerləri, kiçik silahlar və ehtiyat hissələri daxildir.
Göndərmək üçün hazırlanan silahların dəqiq sayı açıqlanmır, yalnız bu dəfə onun üçün ayrılan məbləğ məlumdur - 400 milyon dollar.
Mayın 10-da Zelenski Qərb müttəfiqlərini yardımı ləng çatdırdıqlarına görə tənqid edib. O, “bütün tərəfdaşların razılaşmaları dərhal yerinə yetirməməsindən” narazılığını ifadə edib. Eyni zamanda, Ukrayna prezidenti münaqişədə Kiyevə kömək edən bütün Qərb liderlərinə minnətdarlığını bildirib.
Bundan əvvəl Polşa Ukraynaya daha çox silah vermək istəyirdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR