ABŞ cümə günü Kiyevə 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək.
Oxu24.com xəbər verir ki,Bu barədə Amerika rəsmiləri arasındakı mənbəyə və müvafiq sənədə istinadən “Politico” məlumat yayıb.
Yeni yardım paketinə Patriot sistemləri üçün Stinger raketləri, həmçinin Bradley piyada döyüş maşınları, MRAP zirehli personal daşıyıcıları və Javelin tank əleyhinə sistemləri daxildir.
Mayın 8-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Ukraynaya yeni hərbi yardım paketləri üzərində iş aparıldığını açıqlayıb. Lakin onun sözlərinə görə, Birləşmiş Ştatlar hələlik onların ayrılması vaxtı barədə danışmağa hazır deyil.
Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya hərbi yardımı sərmayə adlandırmışdı, çünki vəsaitin böyük hissəsi Amerika zavodlarında silah istehsalına gedəcək.
Nigar
Oxu24.com
ŞƏRHLƏR