Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108510
az

Gürcüstan parlamenti xarici agentlər haqqında qanuna baxılması üçün son tarixi elan edib

17:4810 May, 2024
179
  • A

Gürcüstan parlamentinin üzvləri gələn həftə xarici agentlər haqqında qanun layihəsinə üçüncü və yekun oxunuşda baxacaqlar.

 

Oxu24.com  xəbər verir ki, bu barədə respublika parlamentinin sədri Şalva Papuaşvili parlament çoxluğunun iclasından sonra keçirilən brifinq zamanı bildirib.

 

Mayın 1-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanunu ikinci oxunuşda qəbul edib.

 

Sənədin lehinə 83 deputat, əleyhinə isə daha 23 deputat səs verib.

 

Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Gürcüstan anti-Qərb ritorikasına və xarici agentlər haqqında qanun layihəsinə görə Avropa İttifaqı və NATO-ya üzvlük perspektivlərini riskə atıb.

 

Dövlət Departamentinin sözçüsü hesab edir ki, Gürcüstanda kütləvi etirazlara səbəb olan qanun layihəsi Moskvadan “ilhamlanıb”.

 

Buna cavab olaraq hakim “Gürcü arzusu” partiyasının üzvü Rati İonatamişvili bildirib ki, Tbilisi milli təhlükəsizlik maraqlarından çıxış edir.

 

Bundan əvvəl ABŞ Gürcüstana xarici agentlərlə bağlı “Kremldən ilhamlanan” qanunun nəticələri barədə xəbərdarlıq etmişdi.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çində zəlzələ qurbanlarının sayı KƏSKİN ARDI
Aİ Ukraynanın Rusiya qazının tranzitindən imtina etməsinin nəticəsin açıqlayıb
Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü