Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108505
az

Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO

16:5410 May, 2024
168
  • A

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində ayrı-ayrı şəxslərə məxsus 4 avtomobilin şüşəsinin sındırılaraq nəqliyyat vasitələrinin salonlarında telefon, noutbuk, bank kartları, pul və digər qiymətli əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əmlakı qəsdən məhv etmə və oğurluqda şübhəli bilinən paytaxt sakini 1994-cü il təvəlüldlü Əli Səfərov saxlanılıb.

Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb. 

Qeyd edək ki, saxlanılan şəxs oğurladığı bank kartlarının bir neçəsi ilə mağazalardan alış-veriş etməyə də cəhd göstərib. Onun bu hərəkətləri təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. 

Faktlarla bağlı Suraxanı RPİ-nin  32-Polis Bölməsində  araşdırmalar davam etdirilir. 

Ə.Səfərovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto
Bank kartından 5000 manat oğurladı,      saxlanıldı
Emin İbrahimovun    məhkəməsi     başladı

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto