Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108487
az

Tbilisidə polis Belqorod sakinini saxlayıb

17:4410 May, 2024
117
DÜNYA
  • A

Gürcüstanda rusiyalı Andrey Rautberq xarici agentlər haqqında qanunun qəbuluna etiraz olaraq polis əməkdaşına hücum etmək və əmlaka ziyan vurmaq ittihamı ilə saxlanılıb.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə “İmedi” telekanalı məlumat yayıb.

 

Jurnalistlərin sözlərinə görə, gəncin üzərində axtarış aparılıb, bu zaman avadanlıqlar götürülüb. İndi Rautberqin barəsində həbs qətimkan tədbiri seçilib. Onu 7 ildən 11 ilə qədər həbs gözləyir.

 

Telekanalın mənbəsinin sözlərinə görə, Rautberq bir neçə dəfə Gürcüstanın dövlət sərhədini keçib. O, sonuncu dəfə 30 oktyabr 2023-cü ildə daxil olub və o vaxtdan Gürcüstandadır.

 

Kanalın mənbəsi onu da bildirib ki, Rautberq turistdir, lakin eyni zamanda vaxtaşırı kuryer işləyib. Gəncin öz ifadəsinə görə, o, depressiyaya düşüb və mitinqə “kiməsə zərər vermək məqsədi ilə” çıxıb.

 

Bundan əvvəl Tbilisidə keçirilən aksiyada etirazçılar polisə tabe olmadıqları üçün saxlanılıb. Qeyd olunur ki, müxalif bloger Uçi Abaşidzenin qanunsuz silah saxladığına görə həbsindən sonra onun tərəfdarları nüfuzlu Vake rayonunda Çavçavadze prospektini bağlamağa cəhd ediblər.

 

Bundan əvvəl Gürcüstan Xarici İşlər Nazirliyi söz vermişdi ki, ölkə mütləq Avropa İttifaqına daxil olacaq.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messiyə mum heykəl qoydular - VİDEO - FOTO
Onu bu sözlərinə görə Nazarbayev də "peşman" etmişdi

Əl-Culani ölüb?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı

20 yaşlı gənci maşın vurdu