Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilir.
Oxu24.com “Sputnik-Kazakstan”a istinadən xəbər verir ki, C.Bayramov və A.Mirzoyan danışıqlar aparmaq üçün Almatıdakı Dostluq Evinə gəliblər.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu qarşılayıb.
Daha sonra onlar mətbuata bəyanatlarla çıxış edəcəklər.
Oxu24.com
ŞƏRHLƏR