Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108469
az

Şənbə günü 25° isti olacaq

13:2910 May, 2024
106
  • A

Mayın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Rus Evi”nin adı ilə bağlı tədbir görüləcək- Rəsmi
Quş qripi aşkarlanan ərazilərdən məhsulların      idxalı     məhdudlaşdırılır
“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı- İndi bəraət aldı