Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10846
az

Səfər Əbiyev uzun fasilədən sonra üzə çıxdı (FOTO)

14:3413 Mart, 2019
710
CƏMİYYƏT
  • A
 
Ermənilərin saxtakarlıqlarını ifşa edən və çeçenlərlə azərbaycanlılar arasında yaranmış konfliktin müsbət yöndə həlli üçün daha çox fəallıq göstərən isə Rusiyada yaşayan azərbaycanlı, Misra TV-nin rəhbəri Fuad Abbasov olub. O, sosial şəbəkələrdə özünə məxsus səhifələr vasitəsi ilə həm çeçenlərə, həm də azərbaycanlılara müraciət edərək bildirib ki, baş verənlər təxribatdır, məqsəd isə hər iki xalqı bir-birinə düşmən olmağa yönləndirməkdir.

F.Abbasov baş verənlərə səbirlə yanaşmağı, iki qonşu dövlətin xalqlarının dostluq, qardaşlıq videoları çəkərək yaymağı xahiş edib. Bu çağırışdan sonra Rusiyanın hər yerində yaşayan azərbaycanlılar və çeçenlər bir süfrə arxasına toplşaraq bəyanatlar yayıblar.


Oxu24.com   xəbər verir ki, bu hadisədən sonra "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Ağsaqqallar Şurası yaranmış gərginliyin sakitləşdirilməsi, iki qardaş xalq arasında dostluq münasibətlərinin daha da dərinləşməsi yönündə göstərdiyi fəallığa və erməni saxtakarlığını ifşa etdiyinə görə Fuad Abbasovun "Vətən Övladı" ordeni ilə təltif edilməsinə qərar vermişdi.

Qərarı əsas tutaraq Fondun rəhbəri Eldar İsmayılov və üzvləri -  Azərbaycan Respublikasının eks müdafiə naziri Səfər Əbiyev, Namiq Əliyev, Sakit Məmmədov ordeni təqdim etmək üçün Fuad Abbasovla görüşüblər. "Vətən Övladı" ordeni təntənəli surətdə Fuad Abbasova təqdim edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Marketlərdə su qiymətinə satılan farşın TƏRKİBİ: Toyuq ayağı, qığırdaq, iç piylər...
Professor izah etdi: Qəhvə içənlərin bədənlərində 8 dəfə çoxdur
Hansı kərə yağını almaq daha yaxşıdır: 72, yaxud 82 faizli - fərq nədir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi