UEFA Avropa Liqasında finalçılar məlum olub.
Oxu24.com xəbər verir ki, "Atalanta" İtaliyada Fransanın "Marsel" komandasını qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk görüşdə 1:1 hesablı qeydə alındığı üçün Berqamo təmsilçi adını finala yazdırıb.
İtaliyanın digər komandası "Roma" Almaniyada "Bayer"in qonağı olub. Birinci görüşdə rəqibini iki cavabsız topla məğlub edən Leverkuzen təmsilçisi ikinci oyundan sülhlə ayrılıb və finala adlayıb - 2:2.
Oxu24.com
ŞƏRHLƏR