Binəqədi rayonunun Sulutəpə qəsəbəsi və Xocasən qəsəbəsində yaşayış sahələrinin qarşısından keçən qaz xətlərinin yerinin dəyişdirilməsi, deformasiyaya uğramış qaz xətlərinin təmiri, həmçinin Xətai rayonunun Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədi ilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
“Azəriqaz”dan verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun Sulutəpə-Çiçək yaşayış massivinin, Sulutəpə və Xocahəsən qəsəbələrinin bir hissəsinin, eləcə də Xətai rayonunun Lütfi Zadə küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxu24.com
ŞƏRHLƏR