Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Sergey Lupançuku vəzifəsindən azad edib.
Oxu24.com xəbər verir ki, bu barədə Ukraynanın xalq deputatı Aleksey Qonçarenko məlumat verib.
“Zelenski Sergey Lupançuku Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifəsindən azad edib. Əvəzinə Aleksandr Trepak təyin olundu”, - deyə o yazıb.
Ukrayna lideri, həmçinin müttəfiqlərinə Ukrayna ordusunu silah və sursatla təmin etdiyinə görə təşəkkür edib.
Oxu24.com
ŞƏRHLƏR