Qaynar xətt:

(+99450) 247 90 86

Ançelotti Ferqyussonun rekordunu təzələdi

İDMAN

239

09.05.2024, 15:00

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda evdə "Bayern"i məğlub edən (2:1) "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti yeni rekord gerçəkləşdirib.

Oxu24.com xəbər verir ki, informasiyanı jurnalist Uil Cins yayıb. 

Xəbərə görə, bu matç italiyalı mütəxəssis üçün turnirdəki karyerasında 203-cü oyun olub. Bu göstəriciyə görə o, “Mançester Yunayted”in sabiq çalışdırıcısı Aleks Ferqyusonun (202) rekordunu təzələyib.

Çempionlar Liqasında çıxışlarının sayına görə ilk "beşliy"ə Arsen Venger (190), Pep Qvardiola (171) və Joze Mourinyu (151) daxildir.