Moskvanın Qırmızı Meydanında Faşizm üzərində Qələbənin 79-cu ildönümü münasibətilə hərbi parad keçirilir.
Oxu24.com xəbər verir ki, paradda 9 mindən çox insan, 70-dən çox hərbi texnika iştirak edir. Piyada kolonnanın tərkibinə qoşun növləri və hərbi ixtisas üzrə alaylar, batalyonlar və rotalar, Suvorov, Naximov, kadet və musiqi məktəblərinin, gənclər ordusunun üzvləri, qadın hərbi qulluqçuları, kazaklar və birləşmiş hərbi orkestr daxildir.
Parada Rusiya Quru Qoşunlarının Baş Komandanı, ordu generalı Oleq Salyukov rəhbərlik edir, paradı Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu qəbul edir.
Qırmızı Meydanın qarşısındakı tribunada Rusiya Prezidenti Vladimir Putin, səkkiz ölkənin, o cümlədən Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Laos, Qvineya-Bisau və Kuba liderləri, habelə müharibə veteranları yer alıblar.
Oxu24.com
ŞƏRHLƏR