Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108354
az

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldatdı

10:2709 May, 2024
116
  • A

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə alış-veriş məqsədilə yaradılan sosial şəbəkə qruplarında vətəndaşlara qarşı dələduzluq edən 21 yaşlı Ümid İsmayılov saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ü.İsmayılov əvvəlcə onlayn satış etmək üçün işçi tələb olunması barədə elan verib. Həmin şəxsləri aylıq maaş verəcəyi vədi ilə aldadaraq onlardan müəyyən məbləğdə depozit alıb. Daha sonra o, tanınmış markaların sosial şəbəkə səhifələrindən geyim fotoları köçürərək sosial şəbəkə qruplarında paylaşıb. Alış-veriş etmək istəyən müştərilər ödənişi Ü.İsmayılovun “işə götürdüyü” şəxslərin bank kartına, onlar isə öz növbəsində saxlanılan şəxsin hesabına transfer ediblər. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ü.İsmayılovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərinin ölümünə görə tutulan qadın tanınmış həkimin qızı imiş- “15 ildir görmürəm”
Polisin “saxla” əmrinə tabe olmadı- 15 günlük həbs edildi
Bakıda evlərdən oğurluq edən keçmiş    məhkum    tutuldu

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Ərinin ölümünə görə tutulan qadın tanınmış həkimin qızı imiş- “15 ildir görmürəm”