Assosiasiyanın yubiley sammitində Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin liderləri Monqolustanla müvəqqəti ticarət sazişinin bağlanması ilə bağlı danışıqlara başlamaq haqqında qərar imzalayıblar.
Oxu24.com xəbər verir ki, Bu barədə Kremlin saytında məlumat verilib.
Müvafiq sənəd Ali Avrasiya İqtisadi Şurasının iclasının yekunları üzrə imzalanıb.
“Bir tərəfdən Avrasiya İqtisadi İttifaqı və onun üzv dövlətləri, digər tərəfdən Monqolustan arasında müvəqqəti ticarət sazişinin bağlanması üzrə Monqolustan ilə danışıqlara başlanması haqqında qərar”, - deyə məlumatda bildirilir.
Aİİ ölkələrinin liderləri malların mənşəyinin sertifikatlaşdırılması və yoxlanılmasının elektron sistemi çərçivəsində assosiasiya ilə Vyetnam arasında elektron məlumat mübadiləsinə dair protokol layihəsini də təsdiqləyiblər.
Bundan başqa, digər qərarlar da təsdiq edilib.
Bu sammit zamanı Rusiya prezidenti Vladimir Putin bildirib ki, Aİİ yaranmaqda olan çoxqütblü dünyanın müstəqil və özünü təmin edən mərkəzlərindən birinə çevrilib. Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı dinamik və səmərəli inteqrasiya strukturudur.
Nigar
Oxu24.com
ŞƏRHLƏR