Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108334
az

Gürcüstanda leysan: ölən və itkin düşən var

21:5908 May, 2024
108
DÜNYA
  • A

Gürcüstanda leysan yağışları paytaxt Tbilisi də daxil olmaqla, bir neçə rayonda ciddi fəsadlar törədib.

OXU24.COM  xəbər verir ki, Kaspi rayonu ərazisindən keçən Kavtura çayı məcrasında çıxıb. Sel suları Kavtisxevi kəndi ərazisində içərisində 3 nəfərin olduğu minik avtomobilini aparıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xilas edilib. Üçüncü şəxsin axtarışları isə davam edir.

Qori rayonu ərazisindəki Medcuda və Tortla çayları da məcrasından çıxıb. 4 kəndin və məcburi köçkünlərin məskunlaşdığı Karaleti qəsəbəsini su basıb. 70-dən çox evə və ictimai-iaşə obyektinə su dolub.

Tianeti bələdiyyəsi ərazisindəki 10 kəndlə əlaqə tam kəsilib.

Paytaxtın “Köhnə Tbilisi” adlanan hissəsindəki Dmitri Kipiani küçəsində torpaq sürüşməsi nəticəsində evin divarı uçub. Xəsarət alan yoxdur, evlərə isə ciddi ziyan dəyib.

Leysan yağışları və sel suları magistral yolları, qaz kəmərlərini, elektrik dirəklərini dağıdıb, təsərrüfat sahələri yararsız vəziyyətə düşüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail bu ölkəyə zərbə endirməyə hazırlaşır: "Sürətli, gözlənilməz və çox kəskin olacaq"
Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
Türkiyə XİN-dən Omanda məscidə edilən silahlı hücumla bağlı AÇIQLAMA

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Yabanı halda bitmiş çətənə kolları məhv edildi