Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108329
az

Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan

21:3308 May, 2024
241
  • A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın Baş naziri Əli Əsədovun Ankarada baş tutan görüşü zamanı Azərbaycan və Ermənistan arasında sülh danışıqları müzakirə edilib.

OXU24.COM xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

"Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır", - Ərdoğan deyib.

O, Bakı ilə İrəvan arasında əldə olunan irəliləyişdən məmnun olduğunu və iki ölkənin xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşündən müsbət nəticələr gözlədiyini qeyd edib.

Ərdoğan birtərəfli və qərəzli kənar müdaxilələrin regionun geosiyasi qarşıdurma meydanına çevrilməsinin qarşısını almaq üçün Türkiyə ilə Azərbaycanın sıx əməkdaşlığını davam etdirəcəyini, Türkiyənin Azərbaycana dəstəyinin hər sahədə davam edəcəyini vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi
Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...