Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb, tərəflər Macarıstan-Ukrayna münasibətlərini, həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsinin sülh yolu ilə həllini müzakirə ediblər.
Oxu24.com xəbər verir ki, Orbanın mətbuat katibi Bertalan Havasi bildirib.
“Çərşənbə günü baş nazir Viktor Orban və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub... Söhbət zamanı Macarıstan-Ukrayna münasibətlərinin bütün mühüm elementləri müzakirə olunub. Danışıqların xüsusi mövzusu müharibə və sülh məsələsi olub”, - MTI Havaşinin sözlərini sitat gətirib.
Sözçü qeyd edib ki, Orban Macarıstanın “sülhə aparan bütün təşəbbüslərə və səylərə töhfə verməyə” hazır olduğunu təsdiqləyib və tərəflər həmçinin ikitərəfli məsləhətləşmələri davam etdirməyə razılaşıblar.
Nigar
Oxu24.com
ŞƏRHLƏR