Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10832
az

İranlı vəkil hicabı tənqid etdi - 38 il həbs, 148 şallaq cəzası aldı

09:3313 Mart, 2019
821
DÜNYA
  • A
 
İranlı hüquq müdafiəçisi və vəkil Nəsrin Sotude ümumilikdə 38 il müddətinə azadlıqdan məhrum edilib və 148 şallaq cəzası alıb.

Bu haqda BBC onun həyat yoldaşı Sotude Rza Xəndana istinadən məlumat verir
Sotude ümumilikdə 7 ittiham üzrə həbs cəzası alıb: O, hökumətə qarşı əlbirlik, ictimai nizamı pozma və digər maddələr üzrə təqsirli bilinib. İran qanunvericiliyinə görə xanım vəkil ən uzun müddətli həbs cəzası çəkəcək. Bundan başqa təyin olunmuş məhkəmə iclasına başıaçıq gəldiyi üçün ona 148 şallaq cəzası verilib.
Nəsrin Sotude İranda icbari baş örtüyünün ləğv olunması uğrunda mübarizə aparan fəallardan sayılır, eyni zamanda fəaliyyəti zamanı ölüm cəzasına qarşı çıxıb.
2018-ci ilin iyul ayında 55 yaşlı hüquq müdafiəçisi casusluq ittihamı ilə 5 il azadlıqdan məhrum edilmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nelson Mandelanın nəvəsi həbs edildi
Türkiyəli məşhur yazıçı vəfat etdi
Ukraynalı futbolçunun rus sevgilisini görün kim “oğurlayıb” -FOTOFAKT

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Yeznəsini bacısını incitdiyi üçün öldürmüşdü- Cəzadan azad edildi