Amerika Birləşmiş Ştatları öz qoşunlarını Nigerdən çıxaracaq.
Oxu24.com xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin məlumat verib.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələri Nigerdə rusların yerləşdirilməsinə görə döyüş hazırlığının artırılmasını bəyan etmişdi.
Mayın 1-də Niameydə Rusiya bayraqları qaldırılıb.
Aprelin 20-də məlum olub ki, ABŞ yaxın aylarda Nigerdən 1000 əsgərini çıxarmaq niyyətindədir.
Bundan sonra ABŞ-ın Afrikadakı Kot-d'İvuarda hərbi baza qura biləcəyi bildirilir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR