Tacikistan prezidenti Emoməli Rəhmon Moskvaya gəlib.
Bu barədə Oxu24.com respublikanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir.
Tacikistan liderini təyyarənin enişində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.
Bundan əvvəl Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, iclasa MDB strukturlarının, Rusiya və Belarusun İttifaq dövlətinin, KTMT, Aİİ, ŞƏT rəhbərləri, dost dövlətlərin səfirləri və hərbi attaşeləri dəvət olunub.
Tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan prezidentləri də iştirak edəcək. Kuba, Laos və Qvineya-Bisau başçıları da ayrıca dəvət olunur.
Rusiya liderinin köməkçisi onu da qeyd edib ki, mayın 9-da Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Moskvada olmayacaq.
Nigar
Oxu24.com
ŞƏRHLƏR