Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108311
az

Ukraynada 800-dən çox istilik təchizatı obyektinin zədələndiyi bildirilir

19:5108 May, 2024
121
DÜNYA
  • A

Ukraynada 800-dən çox istilik təchizatı obyekti dağıdılıb və ya zədələnib, bu da ölkənin təxminən səkkiz giqavat enerji istehsalını itirməsinə səbəb olub.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz Telegram kanalında məlumat verib.

 

“Səkkiz yüzdən çox istilik təchizatı obyekti dağıdılıb və ya zədələnib. Biz səkkiz giqavata qədər enerji istehsalını itirmişik”, - Şmıqal bildirib.

 

Onun sözlərinə görə, bərpa etmək üçün bir milyard dollar lazım olacaq.

 

Bundan əvvəl yanğının əvvəllər partlayışların baş verdiyi İvano-Frankivsk vilayətində enerji infrastrukturu obyektində baş verdiyi bildirilirdi.

 

Onun sözlərinə görə, hazırda yanğın lokallaşdırılıb. Mütəxəssislər yanğını söndürməyə davam edir. Enerji obyektinə dəyən ziyanın həcmi barədə məlumat yoxdur.

 

Mayın 8-də ölkənin energetika naziri German Qaluşenko bildirib ki, Ukraynanın beş vilayətində elektrik enerjisi istehsalı və ötürülməsi obyektlərində ziyan qeydə alınıb. Onun sözlərinə görə, energetiklər ölkənin Poltava, Kirovoqrad, Zaporojye, Lvov, İvano-Frankivsk, Vinnitsa vilayətlərində enerji obyektlərinin funksional imkanlarının bərpası üzərində işləyirlər.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qırıcıları "Hizbullah"ın qərargahına dəqiq zərbələr endirdi
ABŞ-dan Putinə şok ittiham: Trampı öyrədib ki...
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı