Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108247
az

Azərbaycanda dövlət notbukları və mebelləri ucuz qiymətə satışa çıxarılır

11:2108 May, 2024
234
ELANLAR
  • A

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti oyun kartını 1 manata hərraca çıxaracaq.

Oxu24.com  bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Belə ki, Dövlət Xidməti iyunun 7-də növbəti hərrac keçirəcək.

Həmçinin hərraca 1,2 min manata mebel dəsti, 75 manata “HP” və "Toshiba Satellite" noutbukları və 150 manata taxta qayıq satışa çıxarılıb.


Qeyd edək ki, hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10 % həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) və yaxud Xidmətin e-emlak.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul edilir.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Baku Bus" işçi axtarır - MAAŞ 2450 MANAT
"Gilan Holding" işçi axtarır - MAAŞ 2500-3000 MANAT
Qarabağ Universitetində kafedra müdiri vəzifəsi üzrə vakansiyalar elan olunub

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi