Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108246
az

Metrodan istifadə edənlərə vacib XƏBƏR

11:1408 May, 2024
377
REDAKTORUN SEÇİMİ
  • A

9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar mayın 9-da Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək. Həmin gün qatarların hərəkəti “Həzi Aslanov-28 May” sahəsində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. “28 May” Yaşıl və Qırmızı xətlərin birləşdiyi stansiya olduğundan buradan “İçərişəhər” və “Dərnəgül” istiqamətində və əksinə qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Sərnişin axınının istiqamətləri dəyişə biləcəyindən, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq.

Oxu24.com   xəbər verir ki, “Bakmil” stansiyasına da qatarların daxil olub-çıxma vaxtları dəyişdiriləcək.

 

Bu istiqamətdə hərəkət edən sərnişinlərdən şənbə günü qrafikindən istifadə etmələri xahiş olunur.

 

Həmin gün metropoliten istifadəçilərinin təhlükəsizliyi və sərnişin məmnunluğu nəzərə alınaraq, işçi heyətinin növbətçilik cədvəli əsasında iş rejimi də müəyyən olunub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir yeni qərar imzaladı
Əhaliyə xəbərdarlıq edildi - SEL GÖZLƏNİLİR
Günel Cavadxanın ölüm səbəbi bəlli oldu