Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108229
az

Kadırov: "Ukraynanı ələ keçirin və Zelenskini həbs edin"

09:4308 May, 2024
135
DÜNYA
  • A

Rusiya ordusu may ayında Odessa və Xarkov üzərində nəzarəti bərqərar etmək üçün “daha ​​aktiv hücuma keçməlidir”.


OXU24.COM  Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin andiçmə mərasimindən sonra jurnalistlərlə söhbətində deyib.


“Hesab edirəm ki, daha aktiv hücum etmək lazımdır, hələ vaxt var, güclü zərbələr endirmək lazımdır. Bu ay biz yaxın əraziləri işğal etməliyik, mütləq Odessa və Xarkovu işğal etməliyik. Sonra Zelenskini həbsxanaya salın və onu Rusiya üçün, dövlətimizin təhlükəsizliyi, vətəndaşlar, Ukrayna ərazisində yaşayan rusdilli əhali üçün lazım olan bütün sənədləri imzalamağa məcbur edin”, - deyə Çeçenistan lideri bildirib.

 

Kadırov iddia edib ki, Kiyevə yardım edən Avropa ölkələri Ukrayna ərazilərini işğal etmək istəyir və Rusiya buna imkan verməməlidir.

 


“Avropa nəsə deyəndə və insanlar onlara diqqət yetirəndə təəccüblənirəm. Avropanın orada heç nəyi yoxdur. Onların üstündə isə ABŞ-nin müdafiə naziri dayanır. Orada heç nə edə bilməzlər. Onların ayırdıqları pul Ukraynaya çatmır.
 

Onlar soymaq, sonra əraziləri işğal etmək və o əraziləri Avropa dövlətlərindən birinə vermək istəyirlər. Ona görə də buna imkan verməməliyik. Biz bütün əraziləri Ukraynadan almalıyıq”, - Çeçenistan rəhbəri vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Kiçik məqsədlər uğur gətirməz" - Dünyanın ən zəngin adamlarından 20 sitat
"O ses Türkiye"nin yeni münsifləri açıqlandı - O da olacaq...
Vinisius ən yaxşı seçildi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO