Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108225
az

ABŞ bu şəxsi tapana 10 milyon dollar vəd etdi

09:3008 May, 2024
100
DÜNYA
  • A

ABŞ haker qrupunun başçısı Dmitri Xoroşevin saxlanmasına kömək edəcək məlumatlar üçün 10 milyon dollar ödəməyə hazırdır.


OXU24.COM  xəbər verir ki, adıçəkilən rusiyalı öz qurbanlarınq 500 milyon dollar ziyan verən "LockBit" haker qrupuna rəhbərlik etməkdə ittiham olunur.


ABŞ Ədliyyə Departamentinin məlumatına görə, 31 yaşlı Xoroşev “Nyu Cersi Rayon Məhkəməsində böyük münsiflər heyəti tərəfindən 26 maddə üzrə” ittiham olunur. Dövlət Departamenti rusiyalının həbsinə gətirən məlumat üçün 10 milyon dollara qədər mükafat ödəməyə hazırdır.

 

İttihamlara görə, Xoroşev təxminən beş il ərzində 120 ölkədə 2,5 mindən çox qurbana hücum edən və ən azı yarım milyard dollar pul alan "LockBit" haker-qəsbçilər qrupunu yaradıb və ona rəhbərlik edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkəyə uçan təyyarənin təkərləri HAVADA PARTLADI -289 sərnişin...
İsrail Dəməşq yaxınlığındakı hərbi anbarları bombaladı
Messi Baydenin mükafatlandırma mərasiminə qatılmaqdan İMTİNA ETDİ