Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10821
az

Ərdoğanın ermənicə tvitinin açması

21:0612 Mart, 2019
831
SİYASƏT
  • A
 
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ötən cümə günü – martın 8-də ermənicə tvit yazıb.

“Türkiyədəki erməni patriarxı, hörmətli Mesrob Mutafyanın ölümündən dərin kədər hissi keçirir, onun ailəsinə, qohumlarına, erməni vətəndaşlarımıza başsağlığı verirəm”, – Ərdoğan yazıb.
“The Newsweek” jurnalında Kristina Maza bu mesajın hazırda Türkiyədə yaşayan 60 min erməniyə ünvanlandığını qeyd edir.
Patriarx Mesorb Mutafyan cümə günü on ildir əziyyət çəkdiyi demensiya xəstəliyindən dünyasını dəyişib. Onun ölümü Türkiyənin kiçik, amma nüfuzlu erməni icmasının illərdir istədiyi seçkiyə yol açacaq.
 
Bircə tvitlə...
Müəllif Ərdoğanın “Twitter” mesajının bir türk liderinin ermənicə ilk belə ismarıcı olduğunu qeyd edir. Onun fikrincə, bu fakt, üstəgəl Ermənistanın Baş naziri Nikol Paşinyanın iki ölkə arasında diplomatik münasibətlərin bərpa oluna biləcəyi barədə dedikləri buzların ərimə ehtimalı barədə suallar yaradıb. Ərdoğan daha öncə də bir dəfə ermənicə ismarıc səsləndirib, amma bunu 13,5 milyon izləyicisi olan “Twitter”də etməyib.

“Mən bir türk dövləti liderinin ilk dəfə ermənicə belə açıq şəkildə başsağlığı verdiyini düşünürəm. Başqa azlıqların dilində bunu edib-etmədiyini bilmirəm, edibsə, təəccüblənərdim və bu, olduqca maraqlıdır”, – Minnesota Universitetinin tədqiqatçısı Artyom Tonoyan nəşrə deyib.
Amma bəzi ekspertlərin fikrincə, Ərdoğanın mesajı barışıq, yaxud inklüzivlikdən uzaqdır, məqsədi siyasi güc nümayişidir. Türkiyə prezidenti bircə tvitlə ölkədəki faktorlara təsir göstərmək istəyib, Ankara ilə Yerevanın münasibətini dəyişməyi hədəfləməyib. Bunu təhlilçilər deyir.
“Ərdoğan həm populistdir, həm də aşırı nəzarət istəyir. O, ötən illərdə Türkiyədəki erməni icmasını məmnun etməyə, eyni zamanda, Türkiyədəki böyük erməni institutu olan Erməni Patriarxlığına nəzarət etməyə çalışıb”, – “Açıq yaralar: ermənilər, türklər və soyqırım əsri” kitabının müəllifi Viken Çeteryan deyir.
“Patriarx Mesrob xəstə olmasına baxmayaraq, kilsəyə yeni başçı seçməyə icazə vermirdi və kilsənin başında Ankaraya sərf edən biri dururdu. Bu tvit də bu kontekstdə yazılıb”, – Çeteryan deyib.
Daha bir müəllif Bedros Der Mattosyan düşünür ki, tvitin məqsədi yeni patriarx seçkisinə təsir göstərməkdir. Onun sözlərinə görə, Türkiyənin erməni icması iki yerə bölünüb – bəziləri hökumətin yeni patriarxın seçilməsində rolunu dəstəkləyir, bəziləri buna qarşı çıxır.
 
“Ermənilər mühüm azlıqdır”
“Fevralın 21-də 72 erməni yazıçı, jurnalist və incəsənət xadimi bəyanat yayaraq bildirib ki, sosial harmoniya istəyirlər və harmoniya patriarx seçkisi ədalətli keçirilərsə yarana bilər”, – Der Mattosyan “The Newsweek”ə deyib.

“Ermənilər Türkiyədə mühüm azlıqdır. Ölkə həm soyqırım, həm bunun təkzibi, həm hökumətin tənqid olunması kimi məsələləri yoluna qoymalıdır. Yəni bu siyasətdir, böyük bir jest deyil... Bu siyasətdir, çünki Ərdoğan öz dəstəsinin qeydinə qalan tolerant lider kimi görünmək istəyir”, – o vurğulayıb.
Türkiyə Osmanlı imperiyası dövründə baş verənləri soyqırım kimi qəbul etmir, amma 1-cü Dünya Müharibəsi zamanı baş verənlərə görə başsağlığı verib. “Erməni vətəndaşlarımızın tarixi ağrısını paylaşmaq Türkiyənin vicdanlı və etik məsuliyyətidir”, – Ərdoğan ötənilki bəyanatında deyib.
Bəzi müşahidəçilərin mövqeyincə, erməni əhalisi Ərdoğana imicini gücləndirməyə lazımdır.
“Ölkənin ən nüfuzlu xristian icmasının səsi hakim rejimin həm daxildə, həm də beynəlxalq arenada siyasi imicini şaxələndirə bilər. Ərdoğan üçün daha bir simvolik əhəmiyyət Osmanlı sultanları ilə müqayisədir, vaxtilə onlar təkcə müsəlmanların deyil, xristianların, imperiyanın digər subyektlərinin də başçısı idilər”, – Türkiyə üzrə alim Varujan Geqamyan belə düşünür.
Ermənistan istəyir ki, Ankara Osmanlı Türkiyəsi zamanı baş verənləri soyqırım kimi tanısın. Bu məsələ Türkiyənin Ermənistanla, həmçinin 28-dək ölkəylə, ABŞ-ın bir sıra ştatları ilə münasibətlərini korlayıb. Həmin ölkələr erməni “soyqırımı”nı tanıyıb.
Türkiyə isə qətllərin iğtişaşlar zamanı törədildiyini, məqsədin ermənilərin kökünü kəsmək olmadığını deyir. (RFE/RL) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
"Moon Kids" uşaq bağçasının müdiri 428 min manatlıqdələduzluqda     təqsirli     bilinir