Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108202
az

İsrail evakuasiya ilə bağlı bütün beynəlxalq qanunları pozub

20:5507 May, 2024
164
DÜNYA
  • A

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) sözçüsü Yens Laerke İsrailin Rafah əməliyyatı zamanı mülki şəxslərin təxliyəsi ilə bağlı bütün beynəlxalq hüquq normalarını pozduğunu bildirib.

 

Oxu24.com  xəbər  verir   ki,  bu  barədə   RİA Novosti   məlumat   yayıb.

 

“Münaqişə vəziyyətində mülki şəxslərin təxliyəsi beynəlxalq hüquqla ciddi şəkildə tənzimlənir. Vaxtında olmaq üçün ilk növbədə əhaliyə əvvəlcədən xəbərdarlıq edilməlidir. Bu, burada baş verməyib”, - Laerke Cenevrədə keçirdiyi brifinqdə bildirib.

 

Bundan əlavə, evakuasiya marşrutları təyinat əraziləri kimi təhlükəsiz olmalı və humanitar yardım üçün çıxış təmin edilməlidir. Bunların heç biri də edilmədi, Laerke bildirib.

 

Mayın 7-də İsrail Silahlı Qüvvələrinin Qəzza zolağının Rəfah şəhərinin şərqində məqsədyönlü əks-terror əməliyyatına başladığı bildirilib. Eyni zamanda, İsrail Müdafiə Qüvvələri (İDF) Rəfah nəzarət-buraxılış məntəqəsinə basqın edərək, onun fəaliyyətini dayandırıb.

 

Bildirilib ki, Fələstin tərəfdən nəzarət-buraxılış məntəqəsinə İDF hərbçiləri və tankları daxil olub, bundan sonra humanitar yardım və sərnişinlərin daşındığı avtomobillərin keçidi dayandırılıb.

Bunun fonunda İordaniya Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, İsrailin Rəfahdakı hərbi əməliyyatı “fəlakətli nəticələrdən xəbər verir”.

 

Bundan əvvəl BMT İsraili eskalasiyanı dayandırmağa çağırıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Durov Telegram-da qürur duyduğunu bəyan edib
İtaliyanın Alp dağlarında itən iki alpinistdən birinin cəsədi tapılıb
Çin yuanı çökdü

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Zaqatalada daha bir yeni doğulan körpə öldü