ABŞ Federal Aviasiya İdarəsi (FAA) “Boeing 787 Dreamliner” təyyarəsinin sınaqları zamanı sənədləri saxtalaşdırmaqda şübhəli bilinən “Boeing” təyyarə istehsalçısının əməkdaşları ilə bağlı araşdırmaya başlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
FAA, Boeing 787 Dreamliner-in qanadları və gövdəsinin qovşağında düzgün birləşmənin və torpaqlamanın təsdiq edilib-edilmədiyini araşdırmağı planlaşdırır.
Reuters agentliyinin məlumatına görə, şirkət əməkdaşları texniki sənədlərin saxtalaşdırılmasında şübhəli bilinirlər.
FAA əlavə edib ki, şirkət artıq bu seriyada olan bütün təyyarələri yenidən yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılması üçün plan hazırlayır.
Aprelin əvvəlində Boeing mühəndisi Sem Salehpur bildirmişdi ki, Boeing-in uzun məsafəli 787 Dreamliner təyyarəsinin gövdələrində onların istehsalı və yığılması ilə bağlı ciddi qüsurlar ola bilər.
Martın 12-də məlum olub ki, “Boeing” ABŞ Federal Aviasiya Administrasiyası tərəfindən 89 texniki yoxlamadan 33-də uğursuzluqla nəticələnib.
737 MAX-ın gövdəsini hazırlayan Spirit AeroSystems şirkəti 13 yoxlamadan yeddisində uğursuzluqla nəticələnib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR