Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108170
az

Baş Prokurorluq həbslərlə bağlı AÇIQLAMA YAYDI

17:1407 May, 2024
979
CƏMİYYƏT
  • A

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsləri Vidadi Hüseynov, Məhəbbət Abdullayev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılır.

 

Bu barədə  Oxu24.com-a  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iş üzrə Məhəbbət Abdullayev və Vidadi Hüseynov təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxan məhkəmənin qərarı ilə hər iki şəxs barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdir.

 

Məhəbbət Abdullayev barəsində seçilmiş ev dustaqlığının həbslə əvəz edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən müvafiq qərardan verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunmuş və təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı həbs qətimkan tədbiri ilə əvəz edilmişdir.

 

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Binadan yanğınsöndürmə borularını belə oğurladı- Video
Bakı Hərbi Məhkəməsində 3 yeni hakim- Adlar
Doğma yurdlarına qayıdırlar- Foto

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Əsgərimizin ölümü ilə bağlı həbs          edilən      var