iMotors
Marketinq Meneceri
Son tarix 06 iyn 2024 [email protected]
Namizədə olan tələblər:
Ali təhsil(Biznesin idarə edilməsi, Marketinq və s.);
Marketinq sahəsində ən azı 3 il təcrübə olmalı;
Azərbaycan, rus və ingilis dillərini səlis bilməli;
Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli;
Reklam, PR və SMM alətləri üzrə bilikləri olmalı.
Vəzifə öhdəlikləri:
Marketinq şöbəsi üzrə olan proseslərin idarə edilməsi;
Şirkətin kütləvi informasiya vasitələrində təmsil edilməsinə nəzarət edilməsi;
CRM üzrə Lead və Deal axınına nəzarət;
Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlərin görülməsi;
Müvafiq müştəri axını kanallarının təhlilinin aparılması;
Marketinq üzrə illik büdcə və strateji planın hazırlanması;
Bölgələrdə birbaşa marketinq görüşlərinin və tədbirlərin təşkil edilməsinə nəzarət;
Cəmiyyətin iştirakı olan sərgilərin təşkilinin həyata keçirilməsi;
Marketinq təhlil nəticələrinə uyğun yeni reklam kampaniyaları üzrə təkliflərin hazırlanması, təsdiq üçün rəhbərliyə təqdim edilməsi;
Öncədən təqdim olunan meyarlara əsasən yeni filial ərazilərinin axtarışı ilə məşğul olmaq;
Filialların açılışını rəhbərlik tərəfindən təsdiq olunmuş ümumi marketinq tədbirlərinə və brend qaydalarına əsasən təşkil edilməsi;
Yeni məhsulların yaradılmasının və bazara çıxarılmasının təmin edilməsi;
Xarici şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması.
İş şərtlərimiz:
Əmək haqqı: 2630-2939 AZN + bonus;
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30.
İş yeri: Babək prospekti, Keşlə qəsəbəsi, bina 38 A. (Azpetrol YDM-nin yaxınlığı).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq Meneceri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
ŞƏRHLƏR