Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10814
az

Polis “Lotu Quli”nin obyektində yoxlamalara başladı - FOTO

19:2712 Mart, 2019
562
KRİMİNAL
  • A
 
"Rosqvardiya" və polis əməkdaşları Moskvanın ən iri ərzaq bazarlarından olan "Fud Siti"də reyd keçirir.

Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TASS" agentliyinə hüquq-mühafizə orqanlarında olan mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, martın 12-də səhər saatlarında Kaluj şosesinin 22-ci kilometrliyində yerləşən bazara "Rosqvardiya" əməkdaşları səfərbər olunublar: "İçəri heç kimi buraxmırlar. Polis əməkdaşları axtarışlar aparır, bazarda işləyənləri sorğu-sual edirlər".
 Mənbə reydin hansı səbəbdən keçirildiyi və saxlanılanların olub-olmadığı barədə məlumat verməyib.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya mətbuatında "Lotu Quli" ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun azərbaycanlıların çalışdığı "Fud Siti" aqroklasterinə nəzarəti ələ keçirdiyinə dair informasiya yayılıb. Məlumatda bildirilirdi ki, "Fud Siti" daha öncə 2016-cı ildə Türkiyədə qətlə yetirilən "qanuni oğru" Rövşən Lənkəranskinin əmisi oğlu Zaur Əhmədovun nəzarəti altında idi.
 
Xatırladaq ki, analoji tədbir martın 11-də azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevə məxsus "Sadovod" bazarında, həmçinin, "Moskva" ticarət mərkəzində də həyata keçirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu