Avro və rublun qiyməti dəyişdi - Dollar isə...
14 Mart 2025, 10:23
Qaynar xətt:
(+99450) 247 90 86İQTİSADİYYAT
182
07.05.2024, 12:47
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Oxu24.com xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Təhsil haqqında" qanuna dəyişikliklər layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, aşağıda qeyd edilən şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:
- dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
- dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan şəhid ailəsinin üzvləri;
- dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər;
- dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər və peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslər,
Həmçinin oxuyun
- dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;
- dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları;
- peşə təhsili müəssisəsində təhsil alan 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər;
- peşə təhsili müəssisələrində təhsil alan köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobil AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobil qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar.
Qanun layihəsi sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Layihəyə əsasən "Təhsil haqqında" qanunun 14.8-1-ci maddənin yeni redaksiyada verilməsi və mövcud qanunvericilikdə nəzərdə tutulan təhsil xərcləri ilə bağlı azadolmaların, o cümlədən bir sıra yeni imtiyazların qeyd edilən maddəyə əlavə edilməsi təklif olunur. Belə ki, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
15:07 / 14 Mart 2025
Ata oğlunu öldürdü
1
15:06 / 14 Mart 2025
Qərb ticarət münaqişələri Çinin əlinə keçir
11
14:51 / 14 Mart 2025
Lukaşenko Trampa Ukraynaya görə təşəkkür edib
17
14:45 / 14 Mart 2025
DİQQƏT! Bu yol bağlanacaq
17
14:38 / 14 Mart 2025
Dünyanın ən uzun yeraltı tuneli — FOTO
38
14:29 / 14 Mart 2025
Bu şəxslər üçün qısa iş vaxtı TƏTBİQ EDİLƏCƏK
102
14:10 / 14 Mart 2025
Saakaşvilinin cinayət işində maraqlı detallar: Şam yeməyinə,geyimlərə xəsrclənən pullar...
38
14:07 / 14 Mart 2025
Sabahın havası ilə bağlı AÇIQLAMA
29
13:45 / 14 Mart 2025
11-ci sinif şagirdi intihar etdi
32
13:17 / 14 Mart 2025
"Patı" çəkib bu hala düşdü — Ekspert xəbərdarlıq etdi
392
12:35 / 14 Mart 2025
Ramin Dekonun həbs müddəti uzadılıb
46
12:33 / 14 Mart 2025
Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib
38
12:06 / 14 Mart 2025
Lalə Novruzova həbs edilib
901
11:50 / 14 Mart 2025
Tramp fələstinliləri Somalilendə köçürmək istəyir
55
11:33 / 14 Mart 2025
Trampın xüsusi nümayəndəsinin təyyarəsi Bakıya enib
493
11:28 / 14 Mart 2025
Avropa yenidən silahlanmanı sürətləndirir
56
11:21 / 14 Mart 2025
Məhəmməd bin Salman Putinlə nəyi müzakirə edir?
56
11:20 / 14 Mart 2025
Bütün günü yuxulu olmaq nəyin əlamətidir?
73
11:15 / 14 Mart 2025
Avropa İttifaqı ABŞ-dan asılılığını rəsmən etiraf edir
55
11:10 / 14 Mart 2025
Azərbaycanda ötən il vergi ödəyicilərinə qarşı 637 cinayət işi başlanılıb
65
11:06 / 14 Mart 2025
Zakir Həsənov Haluk Bayraktarı medalla təltif edib
51
11:02 / 14 Mart 2025
Həqiqi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı təklif qəbul olunmayıb
67
10:43 / 14 Mart 2025
Nədən termometr apteklərdə tapılmır ?
78
10:37 / 14 Mart 2025
Nazirlər Kabineti yeni qərar verib
1206
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.