Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108108
az

"Azərbaycanla Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq" - Nazir

11:0707 May, 2024
104
İQTİSADİYYAT
  • A

Ötən illər ərzində Azərbaycan ilə Slovakiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm səylər göstərmişik. Bizim hüquqi bazamız genişlənib, ölkələrimiz arasında 11 sənəd imzalanıb.

Oxu24.com xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov mayın 7-də Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda deyib.

Nazir qeyd edib ki, 2021-ci ilin oktyabrında ölkələrimiz arasında sənaye, tikinti, nəqliyyat, logistika, investisiyaların təşviqi, enerji və digər sahələri əhatə edən “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” imzalanıb. Bu saziş iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin yaradıb.

"Bundan əlavə, 2023-cü ildə biz ikiqat vergitutmanın qarşısının alınmasına dair saziş imzaladıq və bu sazişin 2025-ci il yanvarın 1-də qüvvəyə minməsi gözlənilir. Bu, ölkələrimiz arasında biznes mühitini daha da yaxşılaşdıracaq. Hazırda biz Azərbaycan Respublikası ilə Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni də nəzərdən keçiririk", - deyə M.Cabbarov diqqətə çatdırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rus rublu YENƏ ÇÖKDÜ: dollar və avro kəskin bahalaşır
314 obyekt nağdsız ödənişlərdən      imtina       edib
"Bundan böyük sosial rifah göstəricisi təsəvvür edə bilmirəm" -Nazir müavini

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO