ABŞ öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil.
Oxu24.com xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
"ABŞ prezidenti Co Bayden Ukraynaya qoşun göndərməyəcəyini açıq şəkildə bildirdi”,-deyə Metyu Miller qeyd edib.
Bir gün əvvəl ABŞ Nümayəndələr Palatasındakı demokrat azlığın lideri Hakim Ceffris demişdi ki, Ukrayna məğlub olarsa, Vaşinqton öz qoşunlarından istifadə edərək münaqişəyə müdaxilə etməli ola bilər.
Qərb siyasətçilərinin Ukrayna ilə bağlı bəyanatları çevik reaksiya tələb edir. Bu fikirləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Moskva Ukraynada peyda olan F-16 qırıcılarını nüvə silahı daşıyıcısı kimi qəbul edəcək.
Nigar
Oxu24.com
ŞƏRHLƏR