BMT-nin insan haqları üzrə ekspertləri mülki insanlar arasında itkilərə səbəb olduğundan İsraili silah tədarükünü dayandırmağa çağırıblar.
OXU24.COM xəbər verir ki, bu barədə "ReliefWeb" humanitar resursu ekspertlərin bəyanatına istinadən məlumat yayıb.
“İsrail bütün hərbi fəaliyyətlərini dayandırmalı, ölkələr isə dərhal silah ixracını dayandırmalıdır. Bu dövlətlər artıq silahların günahsız qadınları və uşaqları məhv etmək və onlara zərər vermək üçün istifadə edildiyini görməzlikdən gələ bilməz”, - deyə bəyanatda bildirilir.
Ekspertlər həmçinin bildiriblər ki, “Qəzza zolağında bu yaxınlarda aşkar edilmiş kütləvi məzarlarla bağlı təfərrüatlar onları dəhşətə gətirir”.
Oxu24.com
ŞƏRHLƏR